Post-Kovid
sindromu - yeni koronavirus infeksiyası (COVİD-19) keçirmənin nəticəsidə
yaranır. Bu sindroma həmçinin “Long
Covid” də deyilir. Araşdırmalara görə bu infeksiyanı keçirmiş xəstələrin
20%-i uzunmüddət Post-Kovid sindromundan əziyyət çəkir. ÜST-ün məlumatlarına
görə bu ən azı 8 həftə və bəzən daha çox davam edə bilər. Xroniki yorğunluq,
dumanlanmış düşüncə, yuxusuzluq, anosmiya (qoxu hissinin itməsi), əzələ zəifliyi,
xroniki xəstəliklərin güclənməsi, saç tökülməsi, ürək və tənəffüslə bağlı
problemlər bunlar yalnız bir neçə postkovid simptomlarıdır. Post-Kovid
simptomların sayı müxtəlif araşdırmalarda müxtəlif sayda dəyişir. Ən çox
yayılanı isə xroniki yorğunluqdur. Bu zaman zəif konsentrasiya, aydın düşünmə
bacarığının azalması müşahidə olunur. Post-Kovid həmçinin mənəvi cəhətdən də
insanlara təsir edir: depressiya, əhval-ruhiyyə dəyişikliyi, yaddaş pozğunluğu,
apatiya, psixoloji və sosial dezadaptasiya və s.
ÜST-ün nəticələrinə görə bu sindromdan adətən
orta yaş qrupu insanlar əziyyət çəkirlər və bu simptomların nə qədər davam edəcəyi
barədə heç bir məlumat yoxdur. Simptomlar
çox sayda olduğuna görə həkimlər üçün olan əsas çətinlik doğurdanmı əsas səbəbin
Kovid olduğunu müəyyən etməkdir. Buna görə də xəstəxanadan çıxandan sonra belə
müalicəni davam etdirmək və həkimlə əlaqəni kəsməmək lazımdır. Post-Kovid yeni
bir haldır və hələ ki onu öyrənmək vaxt alacaqdır.