Damarları qocalana qədər sağlam və
elastik saxlamaq üçün qidalanmadan bəzi qida məhsullarını xaric etmək lazımdır.
Rusiya
KİV-lərinə istinadla bildirir ki, mütəxəssislər damarların sağlamlığına ən
ciddi ziyan vuran məhsulların adlarını açıqlayıb.
1. Şəkər
Mütəxəssislərin
fikrinə görə, şəkər damarların sağlamlığı üçün ən ziyanlı məhsuldur. Şəkər
damarların daxili divarlarında xroniki iltihab yaradır ki, bu da aterosklerozun
inkişafına səbəb olur. Ateroskleroz zamanı damarlarda xolesterin yığılır. Nəticədə
damarlar daralır, onların divarları zəifləyir, partlamaya meyilli olurlar.
Damarın ürək və ya beyində partlaması infarkt və ya insulta səbəb
olur.
2. Spirtli içkilər
Bir
çox insanlar fikirləşir ki, spirtli içkilər damarlar üçün faydalıdır və hətta onları
“təmizləyir”. Lakin bu yanlış fikirdir. Müasir araşdırmalar göstərir ki, insan
üçün spirtli içkinin nəinki “faydalı”, hətta ziyansız miqdarı yoxdur (!).
Alkoqol orqanizmin bütün hüceyrələrinə güclü toksiki təsir edən zəhərdir.
Alkoloq qaraciyər,beyin,ürək,böyrəklər, digər orqanların və həmçinin
damarların hüceyrələrini dağıdaraq müxtəlif xəstəliklərin inkişafına təkan
verir,orqanizmi zəiflədir və qocaldır.
3. Trans-yağlar
Bu
maddələr marqarin,dükanlarda satılar hazır qidalar,şirniyyatlar,yarımfabrikatlar,fast-fud,qızardılmış yeməklərin tərkibində var. Trans-yağlar damarların
sağlamlığına ciddi ziyan vurur,damarları zəiflədir, aterosklerozun inkişafını
tezləşdirir.
4. Kolbasa,sosis,vetçina və s.
Emal olunmuş ət qanda xolesterinin
səviyyəsini artırır. “Artıq” xolesterin damarlarda yığılaraq onları daraldır,
zəif və kövrək edir.