Şəkər ürək-damar sistemi xəstəliklərinin inkişafına təkan verir. Bu xəstəliklər də ölümün əsas səbəbidir.
37 araşdırma şəkərin istehlakı ilə "pis" xolesterinin səviyyəsinin yüksəlməsi arasında olan sıx əlaqəni aşkar edib. Bildiyimiz kimi, "pis" xolesterin damarlarda yığılaraq onların tıxanmasına və nəticədə infarkt və insultun riskinin artmasına səbəb olur.
Həmçinin şəkər damarların daxili qatında iltihab yaradır ki, bunun nəticəsində xolestrin burada daha tez yığılır.
Digər 12 araşdırma göstərib ki, şəkərin istehlakı arterial təzyiqinin yüksəlməsinə səbəb ola bilər.