Pulsoksimetr
tibbi diaqnostik cihazdır və qanın oksigen ilə doyma dərəcəsini göstərir. Pulsoksimetr
nə zaman istifadə oluna bilər:
-ağciyər
xəstəlikləri zamanı;
-koronovirus
infeksiyası zamanı;
-ürək-damar
xəstəlikləri zamanı;
-müxtəlif
xroniki xəstəliklər zamanı;
-postkovid
reabilitasiyası zamanı;
-yuxuda
periodik olaraq tənəffüsün dayanması zamanı;
-sianoz
(göyərmə) zamanı;
Bəzən cihazın göstəricisi dəqiq
olmaya bilər. Ona görə də cihazdan istifadə edərkən bəzi qaydalara əməl etmək
lazımdır:
-Prosedura
başlamamışdan əvvəl cihazın şarj olunmasına diqqət yetirmək lazımdır;
-Pulsoksimetr
barmağa keçirilir, lakin çox təzyiq etmək olmaz;
-Barmaqlarda
lak, çirk, qabar, kəsik və s. olmamalıdır;
-Prosedur zamanı hərəkət etmək olmaz. Əyər
əllərdə əsmə varsa, nəticə səhv ola bilər;
-Cihaz güclü işıq altında olmamalıdır;
-Barmaqlar soyuq və ya yaş olmamalıdır.Əyər saturasiya 96-100%-dirsə, bu normaldır. Göstərici
95%-dən aşağıdırsa, bu onu bildirir ki, orqanizmə oksigen çatmır. 90%-dən aşağı düşərsə, orqanizmdə hipoksiya təhlükəsi
olur. Bu zaman mərkəzi sinir sisteminin və digər sistemlərin işlərində
geridönülməz dəyişikliklərin yaranma riski artır.Pulsoksimetr hər bir ailədə olması gərəkən cihazdır.
Çünki onun köməkliyi ilə orqanizmdə baş verən neqativ dəyişiklikləri vaxtında müəyyən
edib və nə zaman həkimə müraciət etmək lazım olduğunu dəqiqləşdirmək olar.