Təngənəfəslik və
ya nəfəs darlığı səbəbindən asılı olaraq insanlar
tərəfindən müxtəlif cür təsvir edilir. Adətən fiziki yüklənmə və müəyyən
yüksəkliklərdə nəfəs dərinləşir və tezləşir. Bu nadir hallarda narahatlıq
yaradır. Təngənəfəslik zamanı isə tənəffüsün tezləşməsi ilə yanaşı hava çatmamazlığı
hissi yaranır və dərindən nəfəs almaq üçün daha çox səy tələb olunur. Ona görə
də təngənəfəslik (dispnea) zamanı onun sakitlik vəziyyətində, yoxsa
fiziki yüklənmədən sonra yarandığını aydınlaşdırmaq lazımdır. Nəfəs darlığı nəfəs
yollarındakı problemlərlə və ya ürək-damar sistemi ilə əlaqəli ola bilər. Orta
hesabla 70 kq çəkili insan istirahət vaxtı dəqiqədə 14-16 tənəffüs edir.
Tez-tez nəfəsalma hiperventilyasiyaya səbəb olur. Təngənəfəsliyin yaranmasına müxtəlif
səbəblər aiddir: astma, bronxit, pnevmoniya, ağciyərlərin xroniki obstruktiv
xəstəliyi, infarkt, stenokardiya, ürək çatmamazlığı, fiziki vəziyyətin
ağırlaşması belə ki, piylənmə, vərəm, emfizema, anemiya. Təngənəfəsliklə yanaşı
sinədə ağrı, yorğunluq, başdönmə, ürəkgetməsi, öskürək, boyunda ağrı müşahidə
oluna bilər.
Əyər özünüzdə bu simptomları müşahidə edirsinizsə, artıq şübhələnmək lazımdır:
sakitlik vəziyyətdə yaranan təngənəfəslik, qavrama qabiliyyətinin azalması,
həyəcanlanma və ya düşüncə qarışıqlığı, döş qəfəsində diskomfort və ya
gərginlik, çəkinin itirilməsi, gecə tərləmələri.