Alsheymer xəstəliyi demensiyanın ən geniş yayılmış növüdür və müalicəsi
mümkün olmayan xəstəlikdir. Yaşla əlaqədar beyin hüceyrələrinin degenerasiyası
nəticəsində yaddaşın tədricən itməsi ilə müşayət olunur. Nəticədə baş beyin öz
funksiyasını lazımi şəkildə yerinə yetirə bilmir. Alsheymer xəstəliyi
yaddaş, düşüncə, davranış ilə problemlər yaradır. Xəstəliyin
geniş yayılmış ilk görülən təzahürləri bunlardır: qısamüddətli yaddaşın itirilməsi
(xəstə təkrar eyni sualları verir, əşyaları yerinə qoymur və ya nə üçün lazım
olduğunu unudur, əvvəl mövcud olan məlumatları yadda saxlamada çətinlik çəkir),
mürəkkəb məsələlərin həll olunması və düşüncənin pozulması (xəstə bank
hesabından, öz finanslarından istifadə etməyi bacarmır və yeni məlumat öyrənməkdə
çətinlik çəkir), linqivistik disfunksiya (ümumi fikri izah etməkdə çətinlik,
nitq və yazı xətaları), hərəki qabiliyyətində çətinlik, vizual-məkan
oriyentasiyasının disfunksiyası (insan üzünü və adi əşyaları tanımır). Adətən
bu simptomlar insanın sosial və iş həyatına təsir edir. Alzheymer xəstəliyi
diaqnozunun qoyulması həm insanın, həm də onun ailə üzvlərinin, dostlarının həyatını
kardinal olaraq dəyişir. Xəstəlik qadınlarda kişilərə nisbətən
2 dəfə çox rast gəlir. Alsheymer xəstəliyi tədricən inkişaf edir, lakin
stabil period da müşahidə olunur. Xəstəliyin irəliləmə sürəti hər xəstə üçün
individual olur, lakin diaqnoz qoyulandan sonra orta ömür uzunluğu 8 il
hesablanır. Hal-hazırda müalicə olmamasına baxmayaraq, demensiya simptomlarını
yüngülləşdirən dərmanlar var.