Adətən
insanlarda saç ağarması 35 yaşdan sonra başlayır. Bu bir çox faktorlardan
asılıdır. Saçların erkən ağarmasında genetikanın rolu çox böyükdür və demək
olar ki əsas səbəbdir. Qadınların saçı kişilərə nisbətən gec ağarır. Erkən saç
ağarması bəzən insanın yaşadığı regionla da əlaqədar ola bilir, məsələn Avropa
ölkələrində insanların saçı Afrika, Asiya ölkələrinə nisbətən tez ağarır. Bununla
belə 45 və 65 yaş arası artıq bütün insanlarda ağarma müşahidə olunur. Ən geniş
yayılmış izahlardan biri qocalma ilə əlaqəli olan ağarmadır. Yaş ötdükcə
follikulların zəifləməsi nəticəsində saçlar rəngini itirir. Buna səbəb onlarda
yerləşən melanositlərin əmələ gətirdiyi 2 piqmentin eumelanin və feomelaninin məhv
olmasıdır. Saç rəngi bu iki piqmentin bir-birinə nisbətinə görə müəyyən olunur.
İnsan saçının sarışın, qəhvəyi və s. rəngli olması məhz bu piqmentlərdən
asılıdır.
Bəzən saç
ağarması sağlamlıq vəziyyət ilə, keçirilmiş stress ilə əlaqədar olur. Sübut
olunub ki, B12 vitamininin çatmamazlığı, vitiliqo xəstəliyi, qalxanabənzər vəzin
xəstəliyi ağ tellərin yaranmasına səbəb olur. Bundan başqa anadangəlmə
immunitet prosesi daha da sürətləndirə bilər. Bəzən bir gecə ərzində saç
ağarması müşahidə olunub ki, buna səbəb melanositlərdə yerləşən kök hüceyrələrin
(melanositlərin sələfləri) stress nəticəsində məhv olmasıdır. Stress zamanı
noradrenalin artır ki, bu kök hüceyrələri bölünməyə və miqrasiya etməyə məcbur
edir. Adətən bu hüceyrələr nadir hallarda çoxalırlar, ona görə onların resursu
tez qurtarır. Bəzən isə kök hüceyrələr melanositləri birdəfəlik tərk edirlər və
ya melanosit ehtiyatını ödəyə bilmirlər. Məhz bu piqmentasiyanın itməsinə və
saç ağarmasına gətirir.
Erkən
ağarmanı əvvəlcədən xəbərdarlıq etmək praktik olaraq mümkün deyil. Lakin
genetikasında erkən ağarma olan insanlara bütünlüklə orqanizmin sağlamlığını nəzarətdə
saxlamaq tövsiyə olunur.