Bizim dərimiz
sağlamlığımız haqqında çox gözəl məlumat verir. Saxladığımız dietalar, stressli
hadisələr bunlar hamısı bizim bədənimizdə və dərimizdə öz izini qoyur. İdeal dəriyə
sahib olmağın yolu sadəcə nəmləndirici kremlərdən və ya çox mərhələli dəriyə
qulluq prosedurlarından ibarət deyil. Hətta dermatoloqlar da dəriyə həddindən
çox məhsulların çəkilməyinin əleyhinədirlər. Çünki bu sızanaqların,
qıcıqlanmanın və dəri quruluğunun əmələ gəlməsinə yol açır.
Beləliklə
dərini necə cavan, təravətli və sağlam saxlamaq olar? Özünüz üçün edəcəyiniz ən
yaxşı qulluq aşındırma prosesidir. Bu barədə məlumat həddindən artıq çoxdur,
lakin əsas nələrə diqqət yetirmək lazımdır və bunu necə etmək lazımdır?
Pilinq və
ya aşındırma – dərinin üst qatından quru və ölmüş hüceyrələrin təmizlənməsi
prosesidir. Bu sanki öz köhnə dərisini dəyişən ilana bənzəyir. Lakin pilinq dərinin
nəinki ölmüş hüceyrələrdən, həmçinin məsamələri tutan və səpgiyə səbəb olan
çirkdən də azad edir. Təmizlənmiş məsamələr istifadə etdiyimiz daha çox məhsulu
hopdurmağa səbəb olur. Bu daha çox effektivdir. Pilinq həmçinin dərinin tonunu
düzəldir və onun teksturasını körpə dərisi kimi parlaq edir. Ən böyük əhəmiyyəti
isə dərinin hüceyrə dövriyyəsini və qan dövranını artırır. Aktiv stimulyasiya həmin
sahənin oksigenlə zəngin olan qan dövranını artırır və dəri şişkinliyinə səbəb
olan limfa mayesini yönləndirir.
Aşındırmanın
2 üsulu var: kimyəvi, mexaniki və ya fiziki. Amerika Dermatoloqlar Asossiasiyası
pilinq üzrə hər dəri tipinə uyğun təlimat hazırlamışdır. Bildiyimiz kimi hər
üsulun öz riskləri olur və dəri tipinə uyğun olaraq bunu nəzərə almaq lazımdır.
Hansı üsulu seçdiyinizdən asılı olmayaraq prosedurdan sonra qıcıqlanmanın
qarşısını almaq üçün dərinizi nəmləndirməyə xüsusi diqqət yetirin.
Pilinqi
neçə müddətdən bir etmək lazımdır? Nəzərə almaq lazımdır ki, tez-tez edilən
pilinq dərinin hüceyrələrinə zərər yetirə və dərinin qızarmasına,
qıcıqlanmasına, quruluğuna gətirib çıxara bilər. Həmçinin dəri həssasdırsa,
güclü kimyəvi pilinq və mexaniki pilinq xeyirdən çox ziyan edə bilər. Ən təhlükəsiz
üsul həftədə bir dəfə fırça ilə başlamaqdır. Sonra isə dəri tipinə görə bunu həftədə
2-4 dəfəyə qədər artırmaq olar. Bunun üçün üz və bədən üçün olan elektrikli
aşındırıcı fırçalardan istifadə etmək olar. Belə fırçalar bütün dəri tipləri
üçün təhlükəsizdir və dərinin ev şəraitində dərindən təmizlənməsinə nail olur.