Disleksiya
– oxuma bacarığı ilə bağlı olan pozğunluqdur. Oxuma bacarığının əmələ gəlməsində
iştirak edən psixi funksiyalardakı problemlərə görə uşaq mətnlərlə işləyərkən bəzi
çətinliklər yaşayır. Bu problem uşaqlıqda görünməyə başlayır və lazımi
korreksiya olunduqda uşaqlar funksional oxuma bacarıqlarına yiyələnirlər. Əgər əksinə
uşaq vaxtı diqqət yetirilməzsə, bu pozğunluq qalır və müəyyən narahatlıqlara
yol açır. Belə uşaqlar normal savadlılıq dərəcəsinə çata bilmirlər. Bununla belə
başa düşmək lazımdır ki, ümumi olaraq disleksiya uşağın inkişafını müəyyən
etmir, uşaq lazım olan informasiyanı başqa yollarla da ala bilir, məsələn eşitmə
yolu ilə.
Disleksiyanın
əsas səbəbi neyrobioloji xarakter daşıyır. Belə pozğunluq zamanı beynin müəyyən
sahələri az aktivliklərinə və az sıxlığının olmasına görə fərqlənir. Digər səbəblərə
beyin yarımkürələri arasında olan tarazlığın pozğunluğu, beyinə təsir edən ağır
infeksiyalar, məsələn: meningit, kəllə-beyin travmaları, hamiləlik və doğuş
zamanı olan ağırlaşmalar (infeksiya, asfiksiya) aiddir. Bəzən ananın pis vərdişlərin
aludəçisi olması da vəziyyətə təsir edə bilər (siqaret çəkmək, alkohol,
narkotik qəbul etmək).
Diaqnostikası
belə aparılır:
Oxumanın
qiymətləndirilməsi
Nitq
qabiliyyəti, dil, eşitmənin qiymətləndirilməsi
Psixoloji
qiymətləndirilmə
Diaqnozu həkim-defektoloq
və psixonevroloq qoya bilər. Bəzən uşağın oxumasında və ya nitqində problem
olarkən valideynlər loqopedə müraciət edirlər. Loqoped əlavə müayinə üçün yönləndirmə
edir. Disleksiya heç də həmişə intellektlə bağlı problem deyil. Düzgün yanaşma
olarsa, belə uşaqlar nəinki gözəl sənət sahibi, həmçinin öz sahələrində çox
uğurlu ola bilirlər.