İmmunitet
orqanizmi yad agentlərdən qoruyan mürəkkəb sistemdir. Yad agentlər dedikdə patogen
mikroorqanizmlər, yad cisimlər, zəhərli maddələr və s. nəzərdə tutulur. Orqanizmin
müxtəlif xəstəliklərə qarşı dözümlülüyü bu sistemin düzgün işləməyindən asılıdır.
ÜST-ün araşdırmalarına görə 80% insanın immun sisteminin gücü şərait və həyat tərzindən
asılıdır. Dünya əhalisinin yalnız 10%-in müxtəlif infeksion xəstəliklərdən
qoruyan möhkəm immunitetə malikdir.
İmmun
sistemin düzgün fəaliyyət göstərməsinin əsas şərtlərindən biri vitamin və
mineralların defisitinin olmamasıdır. Vitamin , mikroelement çatmamazlığı ilə hər
bir insan qarşılaşa bilər. Çünki hər bir insan uzun müddət stress faktoruna məruz
qala bilər, yuxu pozğunluğundan əziyyət çəkə bilər. Budan başqa oturaq həyat tərzi,
təzəlikcə keçirilmiş ağır xəstəlik vitaminlərin və mineralların defisitinə gətirib
çıxara bilər. Ona görə də vitamin və mikroorqanizmlərin orqanizmdə səviyyəsini
mütəmadi olaraq yoxlamaq lazımdır və bu balansı qorumaq lazımdır.
Vitamin və
mineralların defisiti həm humoral, həm də hüceyrə immunitetini aşağı salır,
yoluxma riskini artırır və keçirilmiş xəstəlik sonrası olan fəsadları
ağırlaşdırır. Araşdırmalar göstərir ki, immunitetin normal işləməsi üçün və
orqanizmin adaptasiyası üçün A, C, D, E, B2, B6, B12, fol turşusu, dəmir, selen,
sink vitamin və mikroelementlərin olması vacibdir.
Ekspertlərin
sözlərinə görə faydalı maddələr qida qəbulu zamanı daha yaxşı sorulur, ona görə
də bütün dietoloqlar qida rasionuna təzə tərəvəz, meyvə, qoz-fındıq, sağlam
yağlar, yağsız ət, sıyıq kimi müxtəlif məhsulların qəbulunu əlavə etməyi tövsiyə
edir. Daha sonra gün ərzində çəkiyə görə mayenin qəbulunu yaddan çıxarmamaq məsləhət
görülür. Qidada faydalı maddələrin olmaması zamanı isə əlavə dəstək kimi
vitamin-mineral komplekslərinin, bioloji qida əlavələrinin qəbulu mütləqdir. Həkim
məsləhəti vasitəsilə həyata keçirilsə, daha yaxşı nəticələr verə bilər.
İmmunitet
daimi ola bilməz, lakin sağlam həyat tərzi keçiməklə və orqanizmin fəaliyyəti
üçün onu makro və mikroelementlərlə təmin etməklə insan öz immun sisteminə kömək
edə bilər. Bu o deməkdir ki, insan öz orqanizmini müxtəlif xəstəliklərdən
qoruya bilər.