Necə bilmək
olar ki, orqanizmdə maqnezium defisiti var? İşdə fokuslanma mümkün deyil, gecələr
rahat yatmaq olmur və s. simptomlar məhz maqnezium çatmamazlığının göstəricisi
ola bilər. Maqnezium stresə davamlılığı artırır. Bu element maddələr mübadiləsinin
vacib “mühərriklərindən” biridir, qidanın enerjiyə çevrilməsinə kömək edir,
qanda qlükozanın normal səviyyəsini qoruyub saxlayır, vitaminlərin sorulmasında
və qan təzyiqinin normada saxlanılmasında iştirak edir. Onun köməyi ilə sümüyün,
dərinin, daxili orqanların və digər toxumaların struktur elementi olan zülallar
yaranır. Maqnezium orqanizmə emosional və
əqli yüklənmələr zamanı lazım olur.
Maqnezium çatmamazlığının ən çox
görülən əlamətləri bunlardır:
Həyəcan, spazma, qıcolmalar;
Ürək döyüntülərinin çoxalması, ətraflarda
uyuşma;
Yuxusuzluq, qıcıqlanma, baş ağrıları;
Tez-tez əhval-ruhiyyənin dəyişməsi, xroniki
yorğunluq;
Bəzi hallarda maqneziumun orqanizm
tərəfindən sorulması pozulur və orqanizm intensiv şəkildə onu itirir. Bu hansı
hallarda olur:
İkinci tip
diabet;
Xroniki
diareya;
Həzm
prosesinin pozulması;
Qalxanabənzər
vəzin çıxarılması zamanı;
Alkoholdan
hədsiz istifadə zamanı;
Bir çox dərmanların
qəbulu zamanı, məs: diuretiklərin qəbulu;
Bəs maqnezium
defisitini tamamlamaq üçün hansı qidaları qəbul edə bilərik? Təmizlənmiş
balqabaq tumları, badam, tünd şokolad, fıstıq, qaynadılmış ispanaq kimi məhsulların
qəbulu bu çatmamazlığı aradan qaldırmağa kömək edir. Bundan başqa müxtəlif
sıyıqların tərkibi, çia toxumu, qarabaşaq, düyü, kələm, banan, manqo, avokado,
yağlı dəniz balığı da maqneziumla zəngindir. Bəzən müxtəlif qidalarla qidalana
bilmirik. O zaman vitamin-mineral komplekslərdən istifadə edə bilərik.