Son zamanlar tibbdə xolesterinə diqqət artıb.
Xolesterinin miqdarı orqanizmdə artanda onun artıqları arteriyaların
divarlarına “oturur”. Bu isə onların daralmasına, hətta tamamilə tutulmasına gətirib
çıxara bilir. Nəticədə miokard infarkt və ciddi ürək xəstəlikləri yaranır. Ona
görə də xolesterinin orqanizmdəki səviyyəsini bilmək lazımdır.
Bəs xolesterin nədir? Bu
insan və heyvan hüceyrələrinin strukturunda mövcud olan lipidlərin növüdür.
20%-i qida ilə daxil olur, əsas miqdarı isə orqanizm özü sintez edir. Normal səviyyədə
bu maddə heç də ziyanlı deyil, əksinə orqanizm üçün çox əhəmiyyətlidir, çünki:
Hüceyrə membranını möhkəmləndirir;
Həzmi yaxşılaşdırır;
Cinsi hormonların əmələ gəlməsinə kömək edir;
D vitamininin istehsalını stimulə edir;
Sinir liflərini qoruyur;
Hüceyrə keçiriciliyini azaldır;
Xolesterin orqanizmdə hər yaşda olur və həyat fəaliyyəti
üçün vacib maddədir. Xolesterin heç bir şey ilə əvəz oluna bilməz. Adətən biz
bu maddə haqqında mənfi fikirlərə rast gəlirik. Lakin bu heç də düzgün yanaşma
deyil, onun yalnız bir növü zərərli sayılır. Və onları fərqləndirmək lazımdır:
yüksək sıxlıqlı lipoproteini yaxşı xolesterin, aşağı sıxlıqlı lipoproteini isə
pis xolesterin adlandırırlar. Həkimlər tövsiyə edirlər ki, artıq 25 yaşdan
başlayaraq qanda xolesterinin səviyyəsini nəzarətdə saxlamaq lazımdır.
Orqanizmdə pis xolesterinin miqdarı yaxşı
xolesterininkindən çox ola bilər. Bu zaman nə etmək lazımdır? Birincini
azaltmaq, ikincinin miqdarını isə artırmaq lazımdır. Yaxşı xolesterinin miqdarını
artırmaq üçün fiziki aktivliyi artırmaq bəs edir, lakin pis xolesterinin
miqdarını azaltmaq isə elə də asan deyil. Bunun üçün lazımdır:
Rasionu dəyişmək;
Arıqlamaq;
Yuxu rejiminin normaya salmaq;
Dərman qəbul etmək;
Əgər xolesterinin artımı endokrin və ya digər xəstəliklərlə
əlaqədardırsa, müalicəsiz onu aşağı salmaq mümkün olmayacaq. Ona görə də hər
hansı bir tədbir görməzdən əvvəl kompleks şəkildə müayinə olunmaq, əsasən də
hormonları yoxlatmaq mütləqdir.