Mədədə
olan narahatlıq, nəcislə olan problemlər yalnız qida zəhərlənməsi ilə bağlı
olmur. Həm uşaqlarda, həm də böyüklərdə bu simptomların arxasında disbakterioz
dayanır. Həkimlər disbakteriozu xəstəlik kimi saymırlar, çünki bu hal hansısa
patalogiyanın yanında gedir və onun nəticəsi olaraq üzə çıxır. Lakin
mikrofloranın bu pozğunluğunu aradan qaldırmaq lazımdır.
Disbakterioz
nədir? Uşaq anadan olarkən steril bağırsaq ilə doğulur, bu zaman orqanizmdə heç
bir bakteriya olmur. Tədricən qidalanmanın dəyişməsi, müxtəlifliyi ilə birgə
orqanizmdə bakteriyalar artır və bağırsağın mikroflorası formalaşır. Böyüklərdə
mirkoorqanizmlərin tərkibi stabilləşir, lakin müxtəlif olur. Bu hər insanda
özünəməxsus olur.
Bağırsaq
mikroorqanizmləri arasında yüzlərlə yaxşı bakteriyalar olur. Həmçinin pis
bakteriyalar da olur ki, bunların da inkişafını orqanizm özü əngəlləyir. Normal
mikrofloranın olması sayəsində qida həzm olunur. Bakteriyalar bəzi həzm
olunmayan qidaları fermentləşdirir, vitaminlərin, aminturşuların, şəkərin
sorulmasında böyük rol oynayırlar. Bakteriyalar özləri də vitaminlər sintez
edirlər: K, B qrup vitaminləri, yağ turşuları. Ona görə də disbakterioz yaranarkən
eyni zamanda avitaminoz da yaranır.
Yaxşı bakteriyalar
orqanizmdə qoruyucu qalxan rolunu oynayırlar. Onlar bağırsaq divarında qoruyucu
qat əmələ gətirirlər. Bu qat patogen mikroorqanizmlərin divara yapışmağına və
qidalanmasına mane olur. Bakteriyaların nisbəti pozulanda isə disbakterioz
yaranır. Disbakteriozu xəstəlik adlandırmaq olmaz, lakin bu hal insana
narahatçılıq verir. Disbakterioz zamanı orqanizmdə patogen mikroorqanizmlər
olmur, sadəcə şərti-patogen bakteriyaların, göbələklərin konsentrasiyası yüksəlir.
Disbakteriozun
olduğunu göstərən bir neçə simptomlar var:
Qarında
qurultu səsi;
Meteorizm,
qaz əmələ gəlməsi;
Qarın köpməsi;
Nəcisin
pozulması;
Nəcisdə
patoloji qarışıqların olması;
Disbakteriozdan
azad olmaq üçün, mikrofloranı bərpa etmək üçün ən effektiv üsul probiotiklərdən
istifadə etməkdir. Bəzən bağırsaq disbakteriozu zamanı dispepsiyanın
simptomları çox ağrılı olanda ferment preparatlardan da istifadə etmək məsləhət
görülür. Həzm prosesinin pozulmasından asılı olaraq həkim özü bu preparatları uyğun
şəkildə təyin edir.