Yaş artdıqca yumurtalıqlar tərəfindən istehsal
olunan qadın cinsi hormonların – estrogenlərin səviyyəsi tədricən azalır. Sonra
ömrün sonuna qədər stabil aşağı səviyyədə qalır. Bu proses klimaks adlanır və 3
etapa bölünür:
Premenopauza – dəyişikliklərin başlanğıcı;
Bu hormonal dəyişikliklər etapıdır. Estrogenin
səviyyəsi azalmağa başlayır, menstrual tsikllər qeyri-müntəzəm şəkildə olur.
Menopauza – xüsusi il;
Bu period son menstruasiyadan sonra 1 il keçəndə
hesablanır. Əgər əvvəllər hansısa başqa bir səbəbdən şübhələnirdilərsə, artıq
bir il keçəndən sonra dəyişiklik yoxdursa, dəqiq bu klimaks deməkdir.
Postmenopauza – minimum estrogenlər;
Menopauzadan 3-5 il sonra estrogenlərin səviyyəsi
minimuma enir.
Bu periodların hər biri qadın orqanizmində
inqilab yaradır. Lakin qorxmaq lazım deyil. Düzdü xoşagəlməz olsa da, bütün dəyişikliklər
təbiidir. Menopauza hər bir qadının həyatında baş verən normal, sağlam fazadır.
Lakin hər bir qadının özünəməxsus hissləri ola bilər. Bəzən elə gələ bilər ki,
estrogenlərlə birlikdə güc və sağlamlıq da bədəni tərk edir. Menopauzanın ağır
simptomları getdikcə güclənərsə, həyat keyfiyyəti azala bilər. Gecələr baş verən
istilik basmaları, qıcıqlanmalar, şişkinliklər, yuxusuzluq bu prosesin əsas
göstəriciləridir. Menopauzadan sonra isə həyat keyfiyyəti yenidən yaxşılaşa bilər.
Həkimlər göstəriciləri müalicə etmək üçün, bu
prosesi daha rahat keçirmək üçün və normal həyat tərzinə tez qayıtmaq üçün bir
sıra müalicə metodlarını tövsiyə edirlər. Aşağıdakılar buna aiddir:
Həyat tərzini dəyişmək;
Hormon terapiyası;
Komplimentar və alternativ terapiya;
Neyroaktiv preparatlardan istifadə;