Peloidterapiya
– müalicəvi palçıq və onun preparatlarının istifadəsinə əsaslanan müalicə
növüdür. Müalicəvi palçıqların istilik təsiri nəticəsində bioloji aktiv maddələr
əmələ gəlir və ağrıkəsici effekt yaranır. Temiki, kimyəvi və hormonal təsirlərlə
şərtləndirilmiş güclü müalicəvi faktordur. Palçıqların tərkibində müxtəlif
mikroelementlər, mineral duzlar, vitaminlər, hormonabənzər maddələr və təbii
antibakterial birləşmələr olur. Belə tərkib bakterisid təsir göstərir,
bakterial, göbələk infeksiyasının inkişafının qarşısını alır. Xəstə ocağa
müalicəvi palçıq nə qədər tez tətbiq edilərsə, orqanizmin reflektor cavab
reaksiyası da bir o qədər tez olacaq. Palçıq prosedurlarına orqanizmin cavab
reaksiyasının xarakteri və dərəcəsi müxtəlif faktorlardan asılıdır:
Patoloji prosesin müddəti və mərhələsi;
Patoloji prosesin yayılma dərəcəsi və
xarakteri;
Əlaqəli xəstəliklərin olması;
Dərinin üzərinə çəkilərkən faydalı maddələr dəriyə
hopur və qan dövranına keçərək bütün orqanizmə təsir göstərir. Palçıq müalicəsi
zamanı immunitet möhkəmlənir, iltihab simptomları aradan qaldırılır, qan
dövranı və metabolizm güclənir.
Peloidterapiya
üçün göstərişlər:
Çanaq orqanlarının xroniki iltihabi xəstəlikləri;
Dayaq-hərəkət orqanlarının xroniki xəstəlikləri;
Periferik sinir sisteminin patologiyası;
Xroniki endometrit;
Uşaqlıq boynunun eroziyası;
Yumurtalıqların disfunksiyası;
İltihabi xəstəliklər fonunda sonsuzluq;
Xroniki iltihab nəticəsində yumurtalıq
trubalarının keçməməzliyi;
Sistit, sidiyi saxlaya bilməmək;
Süd vəzilərinin mastopatiyası;
Həzm sisteminin bəzi xəstəlikləri;
Palçıq terapiyasından özünü müalicə ilə məşğul
olmaq olmaz. Çünki prosedurların təyinindən əvvəl müvafiq müayinələr aparılır və
xəstə müalicəvi manipulyasiyalar zamanı həkim nəzarəti altında olur.