Uşaqlıqdan
öyrədilən dişlərə müntəzəm qulluq onların uzun illər bizə qulluq etməsinə səbəb
olur. Lakin stomatologiyanın inkişafı ilə aydın oldu ki, yalnız gigiyenik
prosedura əməl etmək heç bir qarantiya vermir. Onu düzgün şəkildə yerinə yetirmək
də vacib məsələdir.
Ağız
boşluğunun gigiyenasının yalnız estetik deyil, həmçinin tibbi əhəmiyyəti də
var. Diş emalında həmişə qida qalıqlarından, selikdən, ağız boşluğunda olan
mikroorqanizmlərin həyat fəaliyyəti məhsullarından ibarət olan ərp toplanır.
Diş ərpinin olması insanın yemək qəbul edib-etməməsindən asılı deyil. Əgər
vaxtında ərp təmizlənməsə, sonra daşa çevriləcək. Bu yalnız kosmetik defekt
deyil, həmçinin diş emalının tamlığının pozulmasına da gətirib çıxaracaq. Nəticədə
əmələ gələn çatlardan pis gigiyena şərtlərində aktiv çoxalan xəstəlik törədici bakteriyalar
daxil olacaqlar. Beləliklə də məlum nəticələrlə karies başlamış olur. Bu
mikroorqanizmlər damaqlara da təsir edirlər.
Dişlərə
düzgün qulluğun bir sıra qaydaları var ki, onlara əməl etmək emalın effektiv təmizlənməsini
təmin edir. Bura diş məcununun və fırçasının rasional seçimi, gigiyenik
prosedurların yalnız evdə deyil, stomatoloq yanında da aparılması, diş təmizlənməsinin
optimal üsulunu tapmaq, diş sapından, ağız yaxalayıcısından istifadə, damağın vəziyyəti,
breketlərin və ya protezlərin olub-olmaması, diş fırçasının saxlanma, təmizlənmə
və dəyişmə qaydalarına əməl etmək aiddir. Diş emalında ərpin olub-olmaması isə ərpi
müəyyən etmək üçün olan tabletlərdən istifadə olunur.
Gingivit-yumşaq
toxumaların iltihabı gigiyenaya laqeyd yanaşmaq üçün səbəb deyil. Əksinə təmizləmə nə qədər tez-tez aparılsa,
bakteriyaların iltihab əmələ gətirmə şansları daha az olur. Prosedur diskomfort
versə də, vaxtını qısaltmaq lazım deyil. Həkimlər hətta bu vaxtı uzatmağı məsləhət
görürlər. Diş ətinin iltihabı zamanı ciblər əmələ gəlir və diş əti dişi əhatə
edə bilmir. Məhz bu yerləri ehtiyatla təmizləmək lazımdır. Dişlərin
gigiyenasına etinasız yanaşan insanlarda gingivit xroniki hala keçir. Əgər
iltihab vaxtında müalicə edilməsə, paradontit və paradontoz şəklində
ağırlaşmalar ola bilər. Nəticədə dişlərin itirilməsinə gətirib çıxarır.