Ürəyin mexaniki fəaliyyətinin dayanması - ürəyin
beynə, digər orqanlara və toxumalara qan və oksigeni ötürməyi durdurmasıdır. Bəzən
təcili kömək göstərilərsə, insanın həyatını xilas etmək olar. Hər hansı bir səbəbdən
oksigenli qanın beynə ötürülməsi gecikərsə, insanı xilas etmək şansı bir o qədər
azalır. Hətta ayılsa belə bu insanın baş beyninin zədələnmə ehtimalı yüksək
olur. Ürək dayanması zamanı ürək - ağciyər reanimasiyası 5 dəqiqə ərzində edilməsə,
beyin zədələnməsi ehtimalı var. Əgər ürək dayanması 8 dəqiqədən artıq davam edərsə,
xilas olma ehtimalı sıfra enir. Ona görə də ürək dayanması zamanı ürək – ağciyər
reanimasiyasını mümkün qədər tez başlamaq lazımdır.
Ürək dayanması ürəyi döyüntüsünün
dayandırılmasına səbəb olan hər hansı bir səbəb ola bilər. Səbəblərdən biri, adətən
böyüklərdə, ürək ritminin pozulmasıdır (aritmiya). Digər səbəblərdən biri də tənəffüsün
dayanmasıdır, məs: insan boğularkən, hər hansı ağciyər infeksiyası zamanı və ya
ağır astma tutmaları zamanı.
Ürək dayanması olan insan hərəkərsiz uzanır,
suallara və ya stimulyasiyaya (titrəmə) cavab vermir. İnsan nəfəs almaya bilər
və ya aqonal tənəffüs adlanan seyrək, nizamsız nəfəs ala bilər. İlkin yardım
kimi birinci növbədə ürək dayanmasını müəyyən etmək lazımdır, sonra təcili
yardıma zəng etmək və ürək – ağciyər reanimasiyasına başlamaq lazımdır. Bu mərhələlərin
hər hansı biri uğursuz olsa xəstənin sağ qalma ehtimalı sıfıra enir.
İdeal vəziyyətdə xəstənin ürək dayanmasının müəyyən
edilməsi və müalicəsi eyni zamanda baş verməlidir. Xilasedici zərərçəkəni
şüursuz vəziyyətdə taparkən birinci onu silkələyərək müəyyən etməlidir cavab
verir ya yox. Əgər reaksiya yoxdursa, xəstəni üzü yuxarı uzadıb nəfəs alıb –
almadığını müəyyənləşdirir. Xəstəxanadan çıxarkən ürək dayanmasından sağ
çıxanların yalnız 10%-də mərkəzi sinir sisteminin normal fəaliyyəti saxlanılır.