Haşimoto xəstəliyi – qalxanabənzər vəzin xroniki
iltihabi autoimmun xəstəliyidir. Bu xəstəlik zamanı vəzin böyüməsi və
hipotireozun simptomlarının artması xarakterikdir. Adətən Haşimoto tireoditin əlaməti
odur ki, bu zaman xəstələr qalxanabənzər vəzin ağrılı böyüməsi və “boğazda şişdən”
şikayət edirlər. Palpasiya zamanı isə normal qalxanabənzər vəzidən fərqli
olaraq hamar və ya düyünlü zob hiss olunur. Çox xəstələrdə hipotireozun
simptomları olur. Bəzilərində isə tireoditlə əlaqəli olan hipertireoz müşahidə olunur.
Haşimoto tireoditin diaqnozunu qoymaq üçün həkim
bu analizləri istəyə bilər:
Tiroksinin səviyyəsinin müəyyən edilməsi (T4);
Tireotrop hormonun səviyyəsinin müəyyən edilməsi
(TTH);
Tiroid antitellərinin təyini;
Qalxanabənzər vəzin ultrasəs vasitəsilə müayinəsi;
Adətən tiroksinin (T4) və tireotrop hormonun səviyyəsi
(TTH) əvvəllər normada olsa da, sonra T4-ün səviyyəsi azalır, TTH isə artır və
çox xəstələrdə kliniki hipotireoz əmələ gəlir.
Haşimoto xəstəliyinin müalicəsində qalxanabənzər
vəzin hormonları ilə əvəzedici terapiya istifadə olunur. Təəssüf ki, bu xəstəliyi
tamamilə sağaldan müalicə üsulu mövcud deyil. Müalicə mütəmadi olaraq
hormonlara nəzarət edilərək xəstənin həyatının sonuna qədər davam edir. Əsasən hamiləlik
zamanı ciddi nəzarət olunur. Həm ananın sağlamlığını qorumaq, həm də uşağın
normal böyüməsi üçün xəstəliyin gedişatına xüsusilə diqqət yetirmək lazım gəlir.