İsterika məyusluq hissinə cavab olaraq yaranan
emosional partlayışdır. İsteriya adətən uşağın bir yaşının sonunda yaranır və
iki yaşıda daha çox yayılır (2 yaş krizi). Bu 4 yaşa qədər davam edir. 5 yaşdan
sonra isə demək olar ki, nadir olur. Əgər 5 yaşdan sonra da davam edirsə, bu hal
bütün uşaqlıq boyu davam edə bilər.
Əhvalın dəyişməsinin səbəbləri arasında məyusluq,
yorğunluq və aclıq hissləri durur. Uşaqlar həmçinin diqqət çəkmək istəyəndə, nəsə
almaq istəyəndə və ya nə isə etmək istəməyəndə isterikaya düşə bilərlər.
Valideyinlər adətən özlərini günahlandırırlar (sanki təsəvvür etdikləri pis tərbiyəyə
görə), lakin bəzən faktiki səbəb uşağın şəxsiyyəti ilə, hal-hazırkı vəziyyət ilə,
normal yaşa uyğun davranışlar ilə əlaqədar olur. Əgər isteriya gündə bir neçə dəfə
və 15 dəqiqədən çox davam edirsə, gizli psixi, fiziki və sosial problemlər səbəb
ola bilər. Lakin bu nadir hallarda olur.
İsteriya hallarına aşağdakılar daxildir:
Qışqırıq;
Ağlama;
Yerlərdə sürünmə;
Özünü ora-bura çırpma;
Ayaqlarını yerə vurma;
Əşyaları tullama;
Uşağın üzü qızara bilər, itələyə və təpikləyə
bilər. Bəzən uşaqlar bir neçə saniyəyə nəfəslərini saxlayıb sonra bərpa edirlər.
Bu nəfəs çatmamazlığı tutmalarından fərqlənir. Nəfəs çatmamazlığı tutmaları zamanı
hər hansı qorxudan, emosional və ağrılı təcrübədən sonra uşağın nəfəs alması
dayanır və şüurunu itirir.
İsteriya vəziyyətlərində uşaqları öz-özləri ilə
qoymaq effektiv ola bilər, lakin çox uşaq özü sərbəst olaraq isteriya halından
çıxa bilmir. Əksər hallarda isteriyanın mənbəyinə müraciət onun yekunlaşmasını
daha da uzadır. Ona görə də bu zaman uşağın diqqətini onların fokus ola biləcəyi
alternativ fəaliyyət növlərinə yönəltmək lazımdır. Həmçinin fiziki olaraq uşağı
ordan uzaqlaşdırmaq da çox kömək olacaq.