Skolioz – onurğanın anormal əyriliyidir. Bu
anadangəlmə ola bilər, irsi səbəblərdən və ya yeniyetməlik dövründə yarana bilər.
Oğlanlar və qızlar bu xəstəliyə eyni dərəcədə
həssasdırlar. Ancaq qızlarda skolioz 10 dəfə tez irəliləyir və korset geyinməyə
gətirib çıxarır. Adətən cinsi yetişkənlik dövründə intensiv böyümə ilə əlaqədar
olaraq daha da güclənir.
Skolioz onurğanın yuxarı nahiyəsində olarsa,
sağa doğru, aşağı nahiyələrində olarsa, sola doğru əyilmə olur. Nəticədə sağ
çiyin sol çiyindən yuxarı qalxır. Döş qəfəsinin quruluşu asimmetrik olur.
Çanağın bir tərəfi digərindən hündür olur. Skolioz kifozdan əziyyət çəkən
uşaqlarda da yaranır. Belə birləşmə kifoskolioz adlarır.
Skoliozun yüngül formaları adi diskomfort
yaradır. Yüngül formanı evdə geyim geyinərkən düzgün oturmamasından, görünüşdə
çiynin birinin digərindən hündür olmasından bilmək olur. Lakin ağır formaları daxili orqanları zədələyə
və ağrı yarada bilər. Müayinənin və rentgenoqrafiyanın nəticələrinə görə
diaqnoz qoyulur. Həkim diaqnozu dəqiqləşdirərkən xəstəyə əyilməsini söyləyir və
bel tərəfdən görünən əyriliyə görə diaqnozu təsdiqləyir.
Müalicəsi:
Korset və fizioterapiya
Bəzən cərrahi müdaxilələr tələb oluna bilər.
Onurğanı düzgün saxlamaq üçün ya korset, ya da
sabitləşdirici vasitədən (ortez) istifadə etmək lazım gəlir. Ağır hallarda isə
fəqərələri birləşdirmək üçün cərrahi müdaxilə tələb olunur.
Çox uşaqlarda skolioz irəliləmir, kiçik
diskomfort kimi qalır. Lakin buna baxmayaraq uşaqlar müntəzəm olaraq həkim nəzarətində
olmalıdırlar. Skolioz və onun müalicəsi adətən yeniyetmələrin özünə hörmətinə mənfi
təsir edir. Ona görə bəzən psixoloq və psixoterapiya lazım gəlir.