Hormonlar orqanizmin müxtəlif hissələrinə təsir
göstərən kimyəvi maddələrdir. Onlar orqanizmdə “kuryer” rolunu oynayırlar və bədən
funksiyalarının tənzimləməsini və koordinasiyasını həyata keçirirlər. Endokrin
xəstəlikləri zamanı ya həddindən artıq hormon ifrazı – hiper funksiya, ya da həddindən
az hormon ifrazı – hipo funksiya baş verir. Həmçinin xəstəlik ya vəzin özü ilə
bağlı problemlərdən qaynaqlana bilər, ya da hipotalamo-hipofizar sistemin artıq
və ya aşağı stimulyasiyası ilə əlaqədar ola bilər. Bəzən immun sistem özü vəzə “hücum”
edir və hormon ifrazını azaldır.
Endokrik xəstəliklərə aiddir:
Hipertireoz;
Hipotireoz;
Addison xəstəliyi;
Kuşinq xəstəliyi;
Akromeqaliya;
Uşaqlarda boy artımının ləngiməsi;
Şəkərli diabet;
Cinsi yetişkənlik və ya reproduktiv sistemin xəstəlikləri
və s.
Həkimlər adətən endokrin sistemin necə işlədiyini
müəyyən etmək üçün günün müxtəlif saatlarında hormonların səviyyəsini ölçürlər.
Bundan başqa orqanizmə stimulyator və ya supressor daxil edib hormon ifrazının
necə dəyişdiyinə nəzarət edirlər. Bəzən xəstənin müəyyən hərəkətlərindən sonra,
məs: yeməkdən imtina edərkən, hormonal vəziyyətində olan dəyişiklikləri nəzərə
alırlar. Bu müayinələr xəstəliyi müalicə etməkdə kömək olur.
Endokrin xəstəlikləri müalicə ederkən həkimlər
az ifraz olunan hormonu kompensasiya edərək və ya çox ifraz olunan hormonun səviyyəsini
azaltmaqla tənzimləməyə nail olurlar. Bəzən bu xəstəliyi yaradan səbəbləri də
müalicə etmək lazım gəlir. Məsələn endokrin vəzilərin xərçəng xəstəliyi
zamanı şişi cərrahi yolla götürməklə.