Bilirsinizmi ki işıq əhval-ruhiyyəyə, konsentrasiyaya və məhsuldarlığa
birbaşa təsir edir? Araşdırmalar görə işıq və sirkad ritmlər arasında əhəmiyyətli
dərəcədə əlaqə var. Bilirik ki, sirkad ritmlərini kontrol altında saxlamaq
üçün, gecə yuxusunu daha rahat etmək üçün yatmazdan əvvəl işıqdan istifadəni
azaltmaq lazımdır. İndi isə işıq enerjisinin oyanıqlığı və məhsuldarlığı gün ərzində
necə artırdığına nəzər yetirək.
Araşdırmalar göstərir ki, insanlar genetik olaraq müəyyən
işıqlandırılmada daha yaxşı işləməyə proqramlaşdırılıblar. Belə ki işıq zəif
olan yerlərdə insanlar baş ağrılarından, kompyuterə baxdıqları üçün gözlərdə
yaranan ağrılardan şikayət edirlər.
Günəş enerjisi insan sağlamlığına və həyat gücünə 3 sahədə təsir
edir: psixoloji sağlamlıq (affektiv mövsüm pozğunluğu), daxili saatların tənzimlənməsi
və ümumiyyətlə orqanizmin sağlamlıq vəziyyəti.
Sirkad ritmlər – bizim orqanizmimizin daxili saatıdır. Sirkad ritmlər
– orqanizmin yuxu tsiklini və oyanıqlıq vəziyyətini tənzimləyir. Niyə müəyyən
vaxt yatıb, hər gün eyni vaxtda necə dururuq. Bütün saatları olduğu kimi düzgün
işlədiyinə əmin olmaq üçün biz öz daxili saatımızı da kalibrləməliyik. Bədənimiz
daxili saatımızı günəşlə tənzimləyir. Səhər günəşin çıxması, axşam isə batması
bizim daxili sirkad ritmimizi tənzimləyir. Biz yatan vaxt orqanizm qaranlığa
reaksiya verir və bizi yuxuda qalmağa məcbur edən melatonin hormonunu ifraz
edir.
Sübh açılarkən isə orqanizm günəş enerjisini hiss edir və melatonin
hormonunun ifrazını dayandırır, kortizolun ifrazını isə artırır. Kortizol bizim
gümrah, təbii yolla, enerji dolu durmamıza köməkçi olur. Bu təbii ritmlərdir.
Müasir dövrdə isə biz işıq keçirməyən mənzillərdə yaşadığımız üçün bu
qanunauyğunluğu pozuruq. Qış vaxtı bu proses daha da çətinləşir, çünki işıqlı
günlərin vaxtı azalır.
Sirkad ritmlər bir sıra mexanizmlər vasitəsilə bizim psixoloji
sağlamlığımıza da təsir edir. Günəş şüasını almağın və işıq enerjisi təsirinin
təbii ritmini bərpa edən bir neçə üsul var. Gün altında hər gün 15-20 dəqiqə gəzmək
sağlamlığa böyük xeyirdir. İşıq terapiyası da çox effektiv üsullardan biridir.
Bundan başqa gün işığına ekvivalent işıq buraxan lampalar istifadə olunur. Bu
lampalardan sirkad tsikli bərpa etmək üçün istifadə edirlər. Yatmaq və yuxudan
durmaq saatlarını nizama salmaqla biz həm fiziki, həm də psixoloji sağlamlığımızın
qayğısına qalırıq.