Fitoterapiya müxtəlif xəstəliklərdən müalicə
üçün ən qədim üsuludur. Hal-hazırda fitoterapiyanın çox tərəfdaşları var. Onlar
fikirləşirlər ki, bitkilər kimya sənayesinin məhsulları olan dərmanlardan daha
ziyansızdırlar.
Fitoterapiya farmakologiyadan çox daha əvvəl
mövcud idi. Farmokologiya daha cavan elmdir, 19-cu əsrin əvvəllərində
yaranmışdır. Yəni daha qədimdə insanlar xəstəliklərlə bitkilərin köməyi ilə
mübarizə aparırdılar.
Hal-hazırda müalicə metodu dəyişsə də, fitoterapiyaya
olan maraq azalmayıb. Fitoterapiyada müxtəlif üsullar istifadə olunur. Minilliklərlə
orqanizmin məruz qaldığı bütün hallar üçün demək olar ki reseptlər fikirləşilib.
Ona görə də maye şəklində daxilə qəbul edilən fitopreparatların əhatə dairəsini
müəyyən etmək çətindir. Xaricə istifadə üçün düzəldilən bitki mənşəli məlhəmlər,
soyuq kompreslər və s. dermatoloji, göbələk və müxtəlif travmaların müalicəsində
işlədilir. Tənəffüs orqanlarının xəstəliklərində çətin gedən bəlğəmi çıxarmaq,
bronxospazmı aradan qaldırmaq üçün müxtəlif inhalyasiyalardan istifadə olunur.
Ginekoloji xəstəliklərdən əziyyət çəkən qadınlar üçün yuyunmalar, düz
bağırsağın xəstəliklərində, disbakterioz zamanı, babasil zamanı mikroimalələr
istifadə olunur. İnyeksiya və venadaxili infuziyalar fitomüalicədə istifadə
olunmur. Birinci növbədə bu təhlükəlidir, digər tərəfdən təbii müalicə
konsepsiyasına uyğun deyil. Bütün bitkilər müalicə məqsədilə istifadə edilə
bilməz. Yalnız tərkibində bioloji aktiv maddələr saxlayan floranın nümayəndələri
dərman bitkiləri sayılırlar.
Fitoterapiyanın müsbət cəhətlərinə toksikliyin
olmaması, əks effektlərin olmaması, əlavə immunitet dəstəyinin olmasıdır. Bəzən
uşaqlara, hamilə qadınlara dərman qəbulu mümkün olmur. Bu zaman alternativ
olaraq xalq reseptlərindən istifadə etmək lazım gəlir.
Sərbəst şəkildə hazırlanmış bitki mənşəli dərmanlar
bir çox xəstəliklərin müalicəsində kömək ola bilir. Lakin bəzən insanlar bunu əsas
tutaraq ənənəvi müalicə metodlarından imtina edirlər. Bu isə çox xoşagəlməz nəticələrə
gətirib çıxardır. Bunu da anlamaq lazımdır ki, xəstəliklərin hamısını dərman
bitkiləri ilə müalicə etmək olmur. Həkimlər bildirirlər ki, evdə hazırlanan bitki
mənşəli dərmanların qəbulu zamanı xəstələrdə ayrı–ayrı komponentlərə qarşı
allergiya, bitki kombinasiyalarına gözlənilməz reaksiya, dozalanma dəqiq
olmadığına görə dozanın həddən artıq qəbulu, səhv yığım nəticəsində baş verən zəhərlənmələr
və digər xəstəliklərin güclənməsi baş verir. Fitoterapiya ilə məşğul olmaq
geniş biliklər tələb edir. Bitkilərin hansı xəstəlikləri müalicə etdiyini bilmək
bəs etmir. Həmçinin müxtəlif orqanlara və sistemlərə necə təsir etdiyini də nəzərə
almaq lazımdır.