Orqanizmi vitaminlərlə təmin etmək
balanslaşdırılmış qida rejimi, bio əlavələrlə mümkündür. Bəs dərimiz üçün hansı
vitaminlər daha vacibdir? Mütəxəssislər bildirirlər ki, vitaminlərin bədəndə
mövcudluğunu biz hiss etmirik, amma onların defisitini tez hiss edirirk.
Aşağıda göstərilən vitaminlərin çatmamazlığı dəridə solğunluq, quruluq yaratmaqla
bərabər, vaxtından əvvəl yaşlanmaya da gətirib çıxardır.
Vitamin A
(retinol) - hüceyrələrin yenilənməsini gücləndirir, dərinin
və saçın elastikliyini təmin edir. Orqanizmdə çatmayanda dəri quru, kobud olur
və lipid baryerin qoruyucu funksiyası azalır. Retinolu şərti olaraq “üz
vitamini” adlandırırlar. Bu vitaminə yaşlanma əleyhinə vasitələrin tərkibində
rast gəlmək olar.
Vitamin B1
(tiamin) – insanın sinir sisteminin normal işləməsi
üçün lazımdır. Bilirik ki stress zamanı dəri qızarmalar və səpgilər şəklində
reaksiya verir.
Vitamin B2
(riboflavin) – orqanizmdə toxumaların yenilənməsinə və
böyüməsinə kömək edir. Onun defisiti zamanı dodaqlarda, dodaq künclərində
çatlar, burun ətrafı dəridə, saçda qabıqlanmalar əmələ gəlir. Əhəmiyyətli dərəcədə
çatmamazlıqda isə dermatit yaranır.
Vitamin B5
(pantenol) – yaraları sağaldıcı vasitə kimi tanınır.
Regenerasiya proseslərini stimulə edir, iltihabı, quruluğu aradan qaldırır.
Sağaldıcı vasitə kimi, yaşlanma əleyhinə vasitələrdə və böyük dozalarda akne əleyhinə
vasitələrdə istifadə olunur.
Vitamin B6
(piridoksin) – demək olar ki, bütün maddələr mübadiləsində
iştirak edir, dəriyə xeyirli olan zülalların, doymamış yağların sorulmasını təmin
edir. Defisiti zamanı qabıqlanma, dodaqlarda çatlar, burunətrafı büküşlər və
qaşların altında dermatit yarana bilər.
Vitamin B7
(biotin) – defisiti zamanı saçın tökülməsi, dəridə
solğunluq, qabıqlanma və iltihab olur.
Vitamin B9
(fol turşusu) – böyümə və inkişaf vitaminidir və hüceyrələrin
bərpasını həyata keçirir. Həmçinin dırnaqların, saçın möhkəm, dərinin elastik
olmasını təmin edir. Defisiti zamanı saçlar tökülür, dəri solğunlaşır.
Vitamin
B10 (paraaminbenzoy turşusu) – günəş vannasından sonra
çox effektivdir. Belə ki UB şüaların neqativ təsirini aradan qaldırmağa kömək
edir. Həmiçinin işığa həssas dərilərin müalicəsində, vitiliqo və saç tökülməsində
istifadə olunur.
Vitamin B12
(sianokobalamin) – hüceyrələrin nəfəs
almasına kömək edir, bütün orqanizmin oksigenlə təmin olunmasında iştirak edir.
Üz dərimizin rəngi bu vitamindən birbaşa asılıdır.
Vitamin C
(askorbin turşusu) – demək olar ki, ən
məhşur vitamindir, orqanizmdəki minlərlə prosesdə iştirak edir. Dəri üçün isə
antioksidant və kollagen əmələ gəlməsində stimulyator kimi iştirak edir.
Vitamin D
(kalsiferol) – hüceyrələrin sağlam həyat dövriyyəsini təmin
edir, immuniteti möhkəmləndirir, xərçəngin profilaktikasında istifadə edilir.
Vitamin E
(tokoferol) – çox güclü antioksidantdır. Qocalmanı
yavaşladır, qırışları hamarlaşdırır, dərini qidalandırır.
Vitamin F
(linolen turşusu) – hətta ən incə dəri olan
yenidoğulmuşların dərisində iltihabın qarşısını almaq üçün, yaraları sağaltmaq
üçün zəruridir. Defisiti zamanı dəri temperatur dəyişikliklərinə tez reaksiya
verir. Bu vitamin adətən soyuq aylarda aktual olan qidalandırıcı uşaq kremlərinin
tərkibində olur.
Vitamin K
(menaxinon) – qan damarlarının divarlarını möhkəmlədir,
mikrosirkulyasiyanı yaxşılaşdırır. Defisiti zamanı üzdə qırmızılıq və kuperoz əmələ
gələ bilər.
Vitamin N
(tioktik turşusu) – çox güclü antioksidantdır və
kosmetik vasitələrin tərkibində konservant kimi iştirak edə bilir. Adətən akne,
günəş vannalarından sonra, cavanlaşdırıcı və qidalandırıcı vasitələrin tərkibində
istifadə olunur.
Vitamin P
(rutin) – eynilə vitamin C kimi təsir göstərir. Yalnız
cavanlaşdırıcı vasitələrin deyil, kuperozun da müalicəsində istifadə olunur.
Vitamin PP (nikotin turşusu) – hüceyrələrin nəfəs almasını yaxşılaşdırır, dərini
hamarlaşdırır. Defisiti mikro iltihab, qabıqlanma şəklində özünü göstərir.
Yaşlanma əleyhinə olan vasitələrin tərkibində daha çox istifadə olunur.