Bu ən geniş yayılmış “günəş” xəstəliyidir. UB
şüalar orqanizmə düşəndə bədəndə bir sıra proseslərin başlanmasına səbəb olur
ki, nəticədə günəş şüalarına qarşı dəri ultra həssas olur və günəşə allergiya əmələ
gəlir.
Dəriyə bəzi maddələrin təsiri nəticəsində də
bu reaksiya əmələ gələ bilər. Belə maddələrə müxtəlif bitkilər, məişət kimyası
məhsulları, kosmetika, efir yağları, dərmanlar və s. aiddir. Bu maddələrin dəriyə
düşməsi zamanı günəşin təsirindən orda ağrılı suluqlar əmələ gəlir, hətta yaralar da yarana bilir. Bəzən bu qədər ciddi
olmaya da bilər. Günəş vannalarından sonra qaşınma, kontaktda olmuş dəri hissəsində qızartılar əmələ
gəlir.
Təhrikedici amillərə açıq dəri rəngi, tatular,
uzun müddət solyaridə vaxt keçirmək, bəzi məhsulları çox qəbul etmək (cəfəri,
şokolad, qoz, sitrus meyvələri) aiddir.
Günəşə allergiya bəzən irsi olaraq keçə bilir,
bu zaman bədəndə allergik səpgilər əmələ gəlir. Bu səpgilər çox tez zamanda
yayıla bilir, bəzən 30 dəqiqə günəşdə qalmaq bəs edir. Şüalanmaya məruz qalan dəridə
çəhrayı, qırmızı ləkələr əmələ gəlir. Hətta bədənin gün şüası düşməyən hissələrində
də yarana bilir. Bu zaman dəri qaşınır, yandırıcı hiss əmələ gəlir. Bəzən
temperaturun da qalxması müşahidə olunur.
Bəs nə etmək lazımdır? Əgər yanıq böyük sahəni
tutursa, ödem əmələ gəlirsə, xəstənin vəziyyəti pisləşirsə, bu zaman
professional köməkdəm istifadə etmək lazımdır. Zədələnmiş sahəyə qaşınmanı,
iltihabı götürən kortikosteroid tərkibli məlhəmlər, gellər sürtülür ki, bərpa
proseslərini sürətləndirsin. Antihistamin vasitələr də çox kömək edir. Lakin ən
mükəmməl hal günəş allergiyasının inkişafının qarşısını almaqdır. Günəş
allergiyasına meylli insanlara yayda uzun müddət günəş vannası qəbul etmək məsləhət
deyil. Günəşin altında olarkən qolları, sinəni və üzü mümkün qədər örtmək
lazımdır. Allergiya verən qidalardan uzaq durmaq lazımdır.