Jenşen şərq təbabətində qədimdən istifadə
olunan müalicəvi bitkidir. Hətta Çin və Koreyada jenşen kökündən bişirilən yeməklərin
içinə də əlavə edilir. Jenşenin köklərini təzə və qurudulmuş, ekstrakt, məhlul,
tablet, kapsul, çay, qazlı su şəklində qəbul etmək olar. Gözəllik sahəsində
kosmetik vasitələrin tərkibində yaşlanma əleyhinə, qırışlar əleyhinə istifadə
olunur.
Elmi araşdırmalar zamanı müəyyən olunmuşdur
ki, jenşenin qəbulu zamanı müxtəlif dəyişikliklər müşahidə olunur:
İmmunitetin artması;
Xərçəng xəstəliyi əleyhinə təsir;
Qanda qlükozanın səviyyəsinini azalması;
Koqnitiv funksiyaların yaxşılaşması;
Yorğunluq;
Araşdırmalar apararkən onkologiya zamanı baş
verən yorğunluq hallarından qurtulmaq üçün jenşendən istifadə edilir. Lakin bu
həmin vaxtda müalicə alan insanlarda müşahidə olunur. Xəstəlikdən sağalan
insanlarda isə ümumi bir dəyişiklik müşahidə olunmamışdı.
Bəzən jenşeni ilk dəfə qəbul edərkən
oyanıqlıq, əsəbilik halları müşahidə oluna bilər. Bir neçə günə bu hal keçib
gedir. Jenşen kökü ümumi tonuslandırıcı, stimuləedici kimi təsir göstərib
damarların divarlarını möhkəmlədir, elastikliyi artırır, orqanizmi xarici
mühitin təsirlərindən qoruyur.
Lakin bu bitkinin nizamsız qəbulu bir çox
problemlərə də gətirib çıxara bilər. Qanda qlükozanın səviyyəsini həddindən çox
sala bilər ki, hipoqlikemiya yaranar. Həmçinin jenşen estrogen effektə malik
olduğu üçün hamilə, südverən qadınlara və uşaqlara qəbulu əks göstərişdir. Bəzən
postklimaks dövrundə olan qadınlarda qanaxmalara da səbəb ola bilər. Ona görə
bu bitkini kor-koranə qəbul etmək yolverilməzdir.