Psixoaktiv
maddələrin qəbulu nəticəsində yaranan pozğunluq dedikdə, xəstələrin problem
yaşamalarına baxmayaraq, maddəni qəbul etməkdə davam etdikləri patoloji
davranış modeli nəzərdə tutulur. Həmçinin bu zaman baş beynin strukturunda dəyişikliklər
də olmaqla, fizioloji təzahürlərin olması mümkündür. Bu maddələr birbaşa beynin
mükafatlandırma sistemini aktivləşdirir və həzz hissini yaradır. Aktivləşmə o qədər
güclü olur ki, xəstə bunu normal yaradıcılıqla məşğul olmaqla əldə etmək yerinə
maddəni əldə etməyə can atır. Normal fəaliyyətə qarşı bu xəstələrdə etinasızlıq
yaranır.
Adətən
asılılıq yaşayan insanlar ilk öncə eksperimentlərlə başlayırlar. Sonra bu
periodik istifadəyə və asılılığa çevrilir. Bu irəliləmə çox mürəkkəbdir və hələ
də tam başa düşülmür. Proses insan, narkotik və şərtlər arasındakı əlaqədən
asılıdır. Emosional depressiv vəziyyətdə olan insanlar kədər, qəm hiss edən
zaman səhv olaraq bu hissləri narkotik istifadəsinin müvəqqəti dayandırması nəticəsində
baş verdiyini zənn edirlər. Bu isə istifadəni artırır, bəzən isə pozğunluğu da
gətirib çıxardır. Xroniki ağrıdan əziyyət çəkən insanlar opoidləri ağrını
yüngülləşdirmək məqsədilə qəbul edirlər, nəticədə psixoaktiv maddələrin qəbulu
ilə əlaqəli pozğunluq yaranır.
Mütəxəssislər
narkomaniyanı addiktiv xəstəliklər (asılılıq xəstəlikləri) qrupuna aid edirlər.
Belə xəstələrin asılılıqları kimyəvi maddələrdən olduğuna görə narkomaniyanı “kimyəvi
asılılıq” da adlandırırlar. Qadağan olunmuş narkotiklərin qəbulu heç də həmişə
onların qəbulu ilə bağlı pozğunluğa gətirib çıxarmır. Digər tərəfdən icazə
verilmiş maddələr (alkohol, reseptlə buraxılan bir sıra maddələr) maddə istifadəsi
asılılığı yaradaraq pozğunluqlara səbəb ola bilər. Narkomaniya xroniki,
proqressiv xəstəlikdir. Xroniki ona görə ki, ən çox təkrarlanan xəstəlikdir və
həmişə residiv ehtimalı var. Proqressiv olduğuna görə dağıdıcı təsiri getdikcə
artır. Təyin edilmiş və qeyri-qanuni maddələrin qəbulu ilə bağlı problemlər
bütün sosial-ekonomik qruplarda müşahidə olunur.
İnsanlar narkotikdən müxtəlif məqsədlər üçün
istifadə edirlər:
Əhval-ruhiyyəni
yaxşılaşdırmaq və ya qaldırmaq üçün;
Mənəvi
aydınlanma yaşamaq üçün;
Fəaliyyət
bacarığını yüksəltmək üçün;
Kompulsiv
narkotik istifadəsinin altında yatan bioloji proseslərin daha dərindən öyrənilməsi
psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan pozğunluğu tibbi xəstəlik kimi
qəbul etdirmişdir. Beləliklə bu xəstəlik də müxtəlif müalicə formalarına tabe
olur. Bura müxtəlif dərman qrupları ilə müalicə, psixoterapiya, dəstək
qruplarından kömək və hal-hazırda araşdırılan müasir yanaşmalar aiddir. Xəstənin
düzgün identifikasiyasını tapmaq və ona uyğun müalicə xoşagəlməz nəticələrin
qarşısını alır və cəmiyyətə də müsbət təsir göstərir.