Havaların soyuması ilə əlaqədar olaraq bir çox
insanda soyuğa qarşı allergiya başlayır. Bu zaman dəridə qıcıqlanma, səpmə,
iltihab yarana bilər. Soyuğa allergiya – bədənin soyuq faktorlara (temperatur,
qar, yağış, külək və hətta soyuq qida) qarşı verdiyi cavab reaksiyasıdır.
Patoloji
allergiya. Uzun müddət allergiyanın bu növünü allergiya
kimi qəbul etmirdilər. Belə allergiya insan dərisinin soyuq suya, buza, havaya,
qara toxunması nəticəsində əmələ gəlir. İstənilən yaş dövründə yarana bilər.
Daha çox kiçik uşaqlar və 25 – 30 yaşdan sonra qadınlar məruz qalırlar.
Bəzən allergik reaksiyanı soyuqdəymə ilə
qarışıq salırlar. Buna səbəb simptomların çox oxşar olmasıdır. Allergiya zamanı
çox vaxt soyuq faktorunu ortadan qaldırandan sonra insan öz normal vəziyyətinə dönür.
Allergiyanın yaranma səbəbləri:
İrsi.
Əgər ailədə soyuğa həssas dəriyə sahib olan varsa, bu onların uşaqlarında da xəstələnmək
riskini artırır;
Pis vərdişlər.
Alkoholizmdən və nikotin asılılığından əziyyət çəkənlərdə bu daha çox rast gəlinir.
İnfeksion
xəstəliklər. Tez-tez soyuqdəymədən əziyyət çəkən insanlar
və ciddi infeksiyaya (hepatit, mononukleoz) tutulmuş insanlar risk
altındadırlar.
Allergiyaya
meyllilik. Əgər insan hər hansı bir allergiyadan (toz,
qida, kiyyəvi maddə) əziyyət çəkirsə, bu allergiyaya da tutulma ehtimalı çoxdur.
Xroniki xəstəliklər.
Xəstənin xroniki sinusit, mədə-bağırsaq traktının xroniki xəstəlikləri, böyrəklərin
patologiyası, qalxanabənzər vəz və badamcıqların pozğunluğu kimi xəstəlikləri
varsa, tutulma ehtimalı böyüyür.
Bu patologiya özünü müxtəlif cür göstərə bilər:
Soyuq havalarda insan çölə çıxarkən burun
tutulması baş verir və asqırmalar başlayır;
Ən kiçik gəzinti zamanı belə göz yaşarır,
qızarır və dayanmadan göz yaşı axmağa başlayır. Bu simptomlara gözlərdəki
qıcıqlanma da qoşulur;
Dəridə bu zaman qırmızı səpkilər və suluqlar əmələ
gələ bilər. Güclü qaşınma hissi yaranır. Dəri qabıqlamağa başlayır.
İsti məkana girəndən sonra isə simptomlar
itir. Bu, xəstəliyin əsas özəlliyidir.
Belə allergiya zamanı xəstənin halını yüngülləşdirmək
üçün profilaktik tədbirlər görmək, antihistamin preparatlar qəbul etmək və həkimə
müraciət etmək lazımdır. Bu prosesin xroniki vəziyyətə keçməsinə mane olur.