Alopesiya - patoloji saç tökülməsi deməkdir. Xarici
görünüşdə saç çox böyük rol oynadığı üçün məhz saçların tökülməsi insanları narahat
edir. Adətən saç tökülməsi insanları kosmetoloji və psixoloji səbəblərdən
narahat edir, lakin bu sistem xəstəliyinin bir əlaməti də ola bilər. Alopesiya saçların
gündəlik tökülməsindən daha artıq, həm də kütləvi saç tökülməsidir.
Alopesiyanın növləri müxtəlifdir, lakin daha çox rast gəlinənləri
aşağıdakılardır:
Diffuz
alopesiya saç inkişaf tsiklində problem olduğuna görə
qadın və ya kişilərdə baş nahiyəsində saçların intensiv eyni dərəcədə tökülməsidir.
Adətən bu zaman telogen mexanizm müşahidə olunur. Yəni saç inkişafı zamanı
anagen (böyümə) fazadan çox sürətlə telogen (istirahət) fazaya keçid edir. Ən
geniş yayılmış səbəblərə psixofiziki travmalar, stress, endokrin pozğunluq,
gizli qanaxma, zülal və dəmirin bədəndəki defisitidir. Saçların tökülməsi
faktorların təsirindən 60-80 gün sonra başlayır. Həddindən çox tökülmə isə ağır
xəstəlikdən sonra, dəmir defisiti zamanı, natamam qidalanma və ya həddindən çox
qidalanma, hamiləlikdən, kimyaterapiyadan sonra olur. Çox vaxt belə saç tökülməsini
dayandırmaq və saçları bərpa etmək olur.
Ocaqlı
alopesiya zamanı saçların tökülməsi spesifik formada baş
verir. Adından da göründüyü kimi saçların tökülməsi ayrı-ayrı nahiyələrdə baş
verir. Ocaqlı alopesiyanın kliniki formaları müəyyənləşib:
Ocaqlı
alopesiya tək ocaqlı və ya çox ocaqlı;
Subtotal
– uzun saçlar tökülür, yalnız incə tüklər qalır;
Total
– başda olan bütün saçlar tökülür, həmçinin qaş, kirpik və saqqal;
Universal
– bütün dəri səthindəki tüklər tökülür;
Kənar alopesiya
– uşaqlarda daha çox rast gəlinir, kənar zonalarda olan ocaqla xarakterizə
olunur;
Əsas faktor stress faktorudur. Daha sonra
fiziki travmalar, daxili orqanların kəskin xəstəlikləri və infeksiyalardır. Bəzən irsi faktorlar da əsas
götürülür.
Androgenetik
alopesiya. Dihidrotestosteronun saç follikullarına təsiri
nəticəsində alın və gicgah nahiyələrində saçların incəlməsi və seyrəlməsidir. Androgen
asılı irsi xəstəlikdir. Yaş artdıqca alopesiyanın bu növü artır və 80 yaşdan
yuxarı 70% kişilərdə (kişi tipi üzrə saç itirmə), 57% qadınlarda (qadın tipi
üzrə saç itirmə). Neqroid irqinə nisbətən avropoid irqli insanlarda daha geniş
yayılıb.
Çox az yayılmış səbəblərə isə saç gövdəsinin
ilkin anomaliyası, autoimmun xəstəlikləri, ağır metallarla zəhərlənmələr, nadir
dermotoloji xəstəliklər aiddir. Saç tökülmənin səbəbindən asılı olmayaraq,
vaxtında trixoloqa müraciət etmək düzgün diaqnozun qoyulmasına və problemi həll
etməkdə kömək olur.