Elektrotravma və ya cərəyan vurması kimi
travmalar adətən məişət zəminində baş verir. Elementar texniki təhlükəsizlik
qaydalarına əməl edilməməsi bu travmanın ən əsas səbəblərindəndir.
Elektrotravma çox təhlükəli ola bilər. Ona görə həkim müdaxilə edənə qədər vaxtında
edilən yardım həyat qurtara bilər.
Cərəyan insan orqanizminə necə təsir edir:
Bəzən cərəyan vurulan yerdə yanıq əmələ gəlir.
Çünki cərəyan toxumalardan keçdikcə onları qızdırır və nəticədə dəridə onun girib
çıxdığı yerdə yanıq nöqtələr və ya xəttlər şəklində özünü göstərir;
Daha sonra ürəyin işində problemlər yarana bilər.
Çünki ürəyin elektrik impulsları generatorundan ibarət öz elektrik sistemi var.
Kənardan əlavə elektrik impulsları verilən zaman ürəyin öz ritmi pozulur və bu
zaman ürək hətta dayana da bilər;
İnsan orqanizmi çox yüksək keçiriciliyə
malikdir. Ona görə cərəyan bütün orqanizmdən çox rahatlıqla keçir və orqanları,
əzələləri, sinirləri zədələyir. İlk növbədə sinir və tənəffüs sistemi zərər
görür. Qıcolmalar başlayır, xəstə şüurunu itirir və tənəffüs dayanır;
Bəs elektrotravma zamanı necə ilkin yardım göstərmək
lazımdır?
Bunu hər kəs bilməlidir. İlkin olaraq cərəyanın
təsirini kəsmək lazımdır. Bu zaman cərəyan keçirən insana çılpaq əllərlə
toxunmaq olmaz, mütləq rezin əlcəklə və ya kağızla bürünmüş taxta ilə çəkmək
olar. Bəzən paltarından tutaraq bunu etmək olar, sadəcə bədənə toxunmamaq şərti
ilə. Lakin ildırım vurması zamanı insana toxunmaq olar. Çünki bədəni cərəyan təsiri
altında olmayacaq.
Daha sonra zədələnmələrin dərəcəsindən asılı
olaraq yardım edilir. Ona görə insanın hansı vəziyyətdə olmasının qiymətləndirmək
lazımdır. Şüuru yerindədirmi, tənəffüs alırmı, nəbzi vururmu və s. dəqiqləşdirmək
lazımdır.
İnsan
şüurunu itməyib. Cərəyan vurarkən insanın ürək
ritmi pozulur. İnsan qorxu, başın hərlənməsi, əzginlik hiss edir. Bu zaman zərər
çəkən xəstəni nə qədər az tərpətsək bir o qədər yaxşıdır. Ona kəskin hərəkətlər
etmək olmaz, birdən yerindən durmaq olmaz. Yaxşı olar ki üzərini yorğanla örtüb
təcili yardım çağırılsın. Cərəyan vuran yerdə
yara yaranarsa, müalicə etmək lazımdır.
İnsan
şüurunu itirib, tənəffüsü var, ürəyi işləyir. Belə xəstəni
yan üstə çevirib təcili yardım çağırmaq lazımdır.
Tənəffüs
yoxdur, ürək döyünmür. Çox təhlükəli vəziyyət olduğu
üçün təcili olaraq reanimasiyaya – süni tənəffüs və ürək masajına başlamaq
lazımdır.Elektrotravma və ya cərəyan vurması kimi