Rinoreya
burun boşluğundan selikli (sulu) axıntının olmasıdır. Rinoreya adətən müxtəlif
kəskin xəstəliklərin simptomudur, bəzən isə burun boşluğu, eləcə də digər orqanların
xroniki sürən xəstəliklərinin simptomu olur. Rinoreyanın səbəblərini müəyyənləşdirmək
üçün təkrar müayinə, anamnezin yığılması, istifadə olunan dərmanlar haqqında məlumat
və s. lazım olur. Bu müddət ərzində isə xəstə simptomatik müalicə almalıdır. Ən
geniş yayılmış səbəbləri aşağıdakılardır:
Rinitlə
bağlı olan rinoreya;
Dərman
preparatlarının qəbulu ilə bağlı rinoreya;
Yaşlı
insanlarda rinoreya;
Digər səbəblərdən
yaranan rinoreya;
Rinitlə
bağlı olan rinoreyanın yaranması yuxarı tənəffüs yollarının infeksiyası,
allergik rinit və vazomotor rinit zamanı
müşahidə olunur.
Qeyri-steroid
iltihab əleyhinə preparatlar, antihipertenziv preparatlar və erektil
disfunksiya zamanı istifadə edilən preparatlar qəbul edən insanlarda bir sıra
hallarda rinoreya yaranır. Nazal dekonqestantların istifadəsi zamanı da yerli əks
effekt müşahidə olunur.
Yaşlı
insanlarda yaşla əlaqədar olan burun boşluğunun anatomik struktur dəyişikliyi
baş verir. Nəticədə rinoreya yarana bilər.
Rinoreyanın
əmələ gəlməsinin digər səbəblərinə burun boşluğunda poliplərin, yad cisimlərin
olmasını, bədxassəli şişlər, sarkoidoz, serebrospinal mayenin sızması, burun
boşluğunun zədələnməsi, autoimmun xəstəliklər aid etmək olar.
Əgər
axıntı irinli, qanlı və birtərəfli olmağa keçirsə və üz nahiyəsində ağrı,
alında, burunda dolmuşluq hissi yaranırsa, bu artıq xəstəliyin təhlükəli hal
almağa başladığını göstərir.
Bir qayda
olaraq rinoreya yeganə simptom sayılmır, eyni zamanda burun tıxanıqlığı və tənəffüsün
çətinləşməsi də baş verir. Adətən burun tıxanıqlığı və burun axma bir yerdə
inkişaf edir, ancaq ayrılıqda da baş verə bilər.
Rinoreyanın
müalicəsi zamanı yerli və ya peroral ödəm əleyhinə preparatlardan istifadə
edirlər. Lakin bu preparatların uzun müddətli istifadəsindən çəkinmək lazımdır.
Allergik rinit zamanı antihistaminlərin peroral formasını təyin olunur.
Rinoreya
insanların həyat keyfiyyətini aşağı salır, gündəlik normal fəaliyyətlərinə mane
olur, müəyyən şəraitdə qıcıqlanma yaradır və yuxunu pozur. Ona görə də müasir
dövrdə həyat fəaliyyətininin keyfiyyəti xəstənin sağlamlıq vəziyyətini qiymətləndirmək
üçün çox informativ və inamlı metoddur.