Yay aylarında saçları həm qurumaqdan, həm haçalanmaqdan
qorumaq, eyni zamanda onların öz gözəl görünüşünü nece uzun müddət saxlamaq
lazım olduğunu bilmək bizi bir sıra lazımsız prosedurlardan azad edir. Çünki yay
aylarında saçlarımız küləyin, tozun, ən əsası da günəş şüalarının təsirinə məruz
qalır. Bəzən baş örtüyü geyinməklə bunun qarşısını almaq olur, lakin heç də həmişə
buna əməl etmirik. Bəs bu zaman saçları günəş təsirindən necə qoruya bilərik?
Bu barədə bir çox mütəxəssislər müxtəlif çarələr
tövsiyə edirlər. Ümumiləşdirərək aşağıdakı müxtəlif məsləhətləri qeyd edirik:
Günəş şüalarının təsirinin çox güclü olduğu
zamanda bir sıra kimyəvi prosedurlara ara vermək lazımdır. Əlbəttə ki tam
olaraq qadınların həyatından bu prosedurları çıxartmaq mümkün olmur, lakin yay
aylarında bir müddətə saçların sağlamlığı üçün ara vermək lazımdır;
Mümkün olduğu qədər fenlərdən, ütü fenlərdən və
s. alətlərdən uzaq durmaq saçlara faydalı ola bilər. Saçları mikrofiber
materialı olan dəsmal ilə daraqların köməyi ilə təbii yolla qurutmaq və hətta
forma vermək olar;
Haçalanmış saç uclarından qurtulmaq lazımdır.
Ya həmin hissələri kəsmək və yaxud da saça tərkibində vitaminlər, minerallar və
digər faydalı birləşmələr olan qulluq kremləri çəkmək lazımdır;
Staylinqə də müəyyən müddətdən bir ara vermək
saçlar üçün xeyirli olacaqdır. Bu saçların istirahət etməsinə səbəb olur;
Yay mövsümündə saçlar daha çox toz təsirinə məruz
qaldıqlarına görə heç olmasa həftədə bir dəfə pilinqdən istifadə etmək
lazımdır. Yumşaq pilinq saç dərisinin və saçların daha dərindən təmizlənməsinə
səbəb olacaqdır;
Müxtəlif qidalandırıcı, nəmləndirici
maskalardan istifadə etmək lazımdır. Həmçinin saçları yuyarkən şampunla bir
yerdə balzamdan da istifadə etmək mütləqdir;
Hətta bütün deyilən etaplara əməl etmək mümkün
olmasa belə evden çıxarkən mütləq yuyulmayan saç nəmləndirici, qoruyucu krem çəkmək
lazımdır. Bu zaman tərkibində SPF olan müxtəlif məhsullardan istifadə etmək
olar. Belə məhsulların qutularının üstündə SPF-in təsir müddəti yazılır. Həmçinin
saç, dəri tipinə uyğun istənilən brendin məhsulunu tapa bilərsiz. Bu saçların
qurumasının qarşısını alacaqdır və onları daha canlı göstərəcəkdir.