İmmunodefisit vəziyyəti xəstələri infeksiyalar, autoimmun pozğunluqları, limfomalar və digər müxtəlif mənşəli ağırlaşmalara məruz qoyur. İmmunodefisit 2 formada olur:
Birincili və ya anadangəlmə immundefisit vəziyyəti. Adətən körpələrdə və azyaşlı uşaqlarda meydana çıxır.
İkincili və ya sonradan qazanılmış immunodefisit vəziyyəti. Əsasən ən çox yayılmış forma da budur. İkincili immunodefisitin yaranma səbəbi müxtəlifdir. Lakin əsas səbəblər arasında aşağıdakıları göstərmək olar:
Sistem pozğunluqları (şəkərli diabet, İİV-infeksiya, düzgün qidalanmama və s.);
Kimyaterapiya, şüa terapiyası və s.;
Uzunmüddətli ağır xəstəlik keçirmək (yaşlı insanlarda, xəstəxanada uzunmüddətli yatan xəstələrdə adətən olur);
İmmunodefisit adətən təkrarlanan infeksion xəstəliklər nəticəsində yaranır. Azyaşlı uşaqlarda residivin yaranmasına səbəb bağça və məktəblərdə təkrarən yoluxdurucu ilə kontaktda olmaqdır. Uşaqlar adətən ildə 10 dəfəyə qədər infeksion xəstəliklərə tutula bilirlər. İkinci daha böyük residiv xəstəliyə yoluxma faizi uşaqlarda və böyüklərdə antibiotik terapiyasının nizamsız istifadəsidir. Rezistent mikroorqamizmlərin mövcudluğu, anadangəlmə ürək qüsurunun olması, allergik rinit, astma, ağır dermatit, mukovissidoz və s. kimi hallar da infeksiyalara həssaslığı artırır.
İmmunodefisit vəziyyyətin diaqnozunu qoymamışdan qabaq həkim anamnez toplayır, müəyyən müayinələr edir və immun sistemin funksiyalarını yoxlayır. Əgər ailədə nə vaxtsa immunodefisit vəziyyəti olubsa və ya gen mutasiyası mövcuddursa, bu zaman bətndaxili müayinəyə ehtiyac yaranır.
Birincili immunodefisitin müalicəsi zamanı mütəxəsislər aşağıdakılara həyata keçirirlər:
İnfeksiya olan mühitdən uzaqlaşdırma və canlı vaksinlərin vurulmasından imtina;
Antibiotiklərlə müalicə və zəruri hallarda cərrahi müdaxilə;
İmmun sistemin çatışmayan komponentini tamamlayan əvəzedici terapiya;
Əvəzedici terapiya zamanı venadaxili və ya dərialtı immunoqlobulindən istifadə olunur. Bəzən isə qanyaradıcı kök hüceyrələrin transplantasiyası həyata keçirilir.