Piylənmə
orqanizmdə həddindən artıq piylərin toplanması nəticəsində yaranan artıq bədən
çəkisidir. Bədən kütlə indeksi - bədən kütləsinin boya olan nisbətidir və
böyüklərdə olan artıq bədən çəkisinin diaqnostikası üçün lazım olan göstəricidir.
ÜST-ün göstəricilərinə görə bədən kütlə indeksi 25 və ya çoxdursa artıq bədən çəkisi,
30 və çoxdursa artıq piylənmənin göstəricisidir. Lakin bədən kütlə indeksini təxmini
göstərici kimi qəbul etmək lazımdır. Çünki müxtəlif insanlarda piylənmənin müxtəlif
səviyyəsini göstərə bilər. Uşaqlarda isə bu, yaş nəzərə alaraq hesablanır.
Artıq bədən çəkisinin və piylənmənin əsas səbəbi energetik disbalansdır, belə
ki, qəbul edilən qida rasionunun kalorisi insan bədəninin enerji tələbatından
çox olur. Bundan başqa azhərəkətli həyat tərzi, bir sıra psixoloji problemlər,
stress, yaşlanma ilə əlaqədar olan maddələr mübadiləsinin zəifləməsi, hormonal
disfunksiya, bəzi dərmanların qəbulu və s. də piylənməyə səbəb olur. Piylənmədən
azad olmaq üçün sağlam həyat tərzi keçirmək lazımdır. İlk növbədə isə həkimlərin
nəzarəti altında müayinə olunub müalicə olunmaq lazımdır. Çünki yalnız çəkini
azaltmaq deyil, həmçinin normal çəkini saxlamaq da vacibdir.