Hal-hazırda
dünyada 1.5 milyarddan çox insan eşitmə pozğunluğundan əziyyət çəkir. Proqnozlara
görə 2030-cu ilə qədər bu rəqəmin 2.5 milyarda çatacağı gözlənilir. İnsanın
normal eşitmə həddi 20 dB-dir. Eşitmənin itməsi yüngül, orta, ağır, dərin olur,
bir qulaqda və ya hər iki qulaqda yarana bilər. Eşitmə pozğunluğunun səbəbləri
arasına anadangəlmə və erkən uşaq eşitmə pozğunluğu, orta qulağın xroniki
infeksiyası, səs-küydən əmələ gələn eşitmə qabiliyyətinin itməsi, yaşla əlaqədar
olaraq daxili qulağa zərbə vuran ortotoksik preparatların təsiri nəticəsində
yaranan eşitmə pozğunluğu aiddir. Eşitmə itkisi yüngül və ağır eşitmə dərəcəsində
eşidən insanlarda yaranır. Adətən bu insanlar ünsiyyət qurmaq üçün eşitmə
aparatından, koxlear implantdan və s. istifadə edirlər. Dərin eşitmə səviyyəsində
isə artıq karlıq yaranır. Bu zaman eşitmə çox ağır olur ya da ümumiyyətlə itir.
Bu insanlar ünsiyyət üçün işarə dilindən istifadə edirlər. Eşitmə qabiliyyətinin
itirilməsi çox geniş yayılıb və əyər zəruri tədbir görülməzsə, insan həyatının
müxtəlif sahələrində dərin izlər buraxır. Bura uşaqlarda danışma qabiliyyətinin
inkişaf etməməsi, insanlarla ünsiyyətin itirilməsi və bunun nəticəsi olaraq yaranan
sosial izolyasiya, təklik, frustrasiya aiddir. Bu adətən yaşlı insanlarda olur.
Ona görə də eşitmə pozğunluğunun profilaktikası ilə daima məşğul olunmalıdır.
Bu zaman eşitmə itkisinə səbəb olan faktorların qarşısı alınar.