Antibiotiklərə olan münasibət fərqlidir. Belə
ki bəzi insanlar yüngül soyuqdəymə zamanı bu preparatları lazımsız yerə qəbul
edir, bəziləri isə hətta ağır pnevmoniya zamanı içməkdən imtina edirlər. Bu
yanaşmaların hər biri səhvdir. Antibiotiklər ağır infeksiyalar zamanı yalnız
düzgün qəbul edildikdə effektiv olurlar.
İnfeksiyaları adətən bakteriyalar, viruslar və
göbələklər yaradır. Antibiotiklər bakteriyaların, göbələklərin müxtəlif növlərinə
təsir edirlər, yalnız viruslara təsir göstərə bilmirlər. Müxtəlif orqanların və
sistemlərin bakterial infeksiyaları zamanı antibiotikləri həkim təyin edir:
Tənəffüs sistemi – bronxit, prevmoniya;
Sidikçıxarıcı – sistit, pielonefrit;
Həzm sistemi – xora xəstəliyi, qastrit;
Sinir – ensefalit, meninqit;
LOR orqanları – angina, otit, sinusit;
Dəri – furunkullar;
Göbələk infeksiyaları, tuberkulyoz, sifilis əleyhinə
isə xüsusi antibiotiklər istifadə olunur. Virusların yaratdığı xəstəliklər
zamanı antibiotik o zaman təyin oluna bilər ki, bura bakterial infeksiya da
qoşulmuş olsun.
Bəs nə zaman antibiotiklər təsir etmir:
Virus infeksiyaları zamanı:
qrip, KRVİ, uşaq infeksiyaları (qızılca, məxmərək və s.), HİV və s.;
Antibiotiklər dar və geniş spektrli təsir
edirlər. Bu düzgün seçilmədikdə təsir istənilən effekti vermir;
Bəzi bakteriyalar müəyyən antibiotiklərə qarşı
rezistentlik əmələ gətirirlər. Bakteriyalar canlı orqanizmlərdir və dəyişən şərtlərə
uyğunlaşmağa meyillidirlər. Belə davamlılıq dərmanların uzunmüddətli qəbulu nəticəsində
bakerial mutasiyanın yaranması təsiri ilə olur. Bəzən davamlılıq yaradan
bakteriyalar bunu gələcək nəsillərinə də ötürür, nəticədə preparat müəyyən
bakterial infeksiyalara təsir göstərmir;
Antibiotiklər müəyyən vaxt ərzində qəbul edilməzsə,
təsiri olmayacaq. Adətən 3, 5, 7 günlük kurslarla qəbul edilir və daha çox. Bəzən
xəstə özünü yaxşı hiss edən kimi dərmanın qəbulunu kəsir. Bu zaman isə məhz bu preparata qarşı
rezistentlik yaranır. Bundan başqa antibiotiklər dəqiq yazılmış rejim üzrə qəbul
edilməlidirlər, məs 12 ya 8 saatdan bir;
On görə də antibiotik qəbul edən zaman diqqətli
olmaq lazımdır! Həkimdən icazəsiz şəkildə antibiotik qəbuluna başlamaq və onu kəsmək
olmaz. Çünki bu zaman nəinki antibiotiklər effektiv olmur, hətta orqanizmə
ziyan da vura bilirlər.