Yetkin
insanlardan fərqli olaraq uşaqların dərisi çox incə olur. Ona görə də xarici
faktorlara qarşı çox həssas olurlar. Yenidoğulmuşlarda
epidermis bazal, tikanlı, dənəvər və buynuz qatından təşkil olunmuşdur. Daha
sonra digər qatlar da inkişaf edir.
Uşaq dərisinin
digər bir fizioloji xüsusiyyəti də çoxlu maye, mineral maddələr saxlaması və
keçiriciliyi çox olan damarlara malik olmasıdır. Bu onunla izah olunur ki, körpə
dərisinə yüksək hidrofillik xasdır. Yetkin insanın dərisində bütün bədəndə olan
suyun 6-8%-i, yaşından fərqli olaraq uşaqlarda isə 10-17%-i cəmlənir. Ona görə
də allergik faktorlara qarşı müdafiəsiz olur. Qan damarlarının keçiriciliyinin
yüksək olması, derma qatının zəif inkişaf etməsi yenidoğulmuşlarda fizioloji
hiperemiyanın yaranmasına səbəb olur. Lakin böyüdükcə dəri öz quluruşunu dəyişir
artıq o qədər də “şəffaf” olmur, qan damarlarının keçiriciliyi azalır, mayenin
miqdarı azalır. Tədricən piy və tər vəzilərinin işi tənzimlənir.
Həm uşaq ,
həm də böyük dərisinin bir sıra oxşar və fərqli cəhətləri var:
Qoruyucu
funksiya körpələrdə çox zəif inkişaf edib, derma hələ
çox zərifdir. Uşaq dərisində ph neytral olur daha sonra turşuluq artmağa
başlayır. Neytral olduğuna görə mikroorqanizmlərin inkişafı üçün əlverişli şərait
sayılır. Turşuluq isə piy və tər hesabına tənzimlənir. Lakin lipid təbəqəsi hələ
formalaşmadığına görə qoruyucu funksiya zəif olur. Mikroblardan təmizlənmə dərinin
buynuz qatının qabıqlanmasına səbəb olur ki, bu da körpələrdə böyüklərə nisbətən
4-5 dəfə daha çox baş verir.
Dəri
xarici faktorlardan qorunmaq üçün epidermal baryer yaradır. Dərinin buynuz qatı
mayenin çox itirilməsinin və müxtəlif mikroorqanizmlərin toksinlərinin sərbəst
keçməsinin qarşısını alır.
Tənəffüs
funksiyası. Yenidoğulmuşlarda oksigenin dəridən daxil
olma faizi böyüklərə nisbətən 10 dəfə çoxdur.
İfrazat
funksiyası. İlk zamanlar çox zəif inkişaf etmiş olur,
vaxt keçdikcə inkişafını tamamlayır.
Termorequləedici
funksiya da yenidoğulmuşlarda çox zəif inkişaf etmiş
olur.
Toxunuş
funksiyası isə körpələrdə yaxşı inkişaf etmiş olur.
Uşaq dərisinə
fizioloji və düzgün qulluq dərinin infeksion və allergik dermatozlarının
profilaktikasının əsası sayılır. Buna görə dermatoloji və pediatrik praktikada tövsiyə
olunmuş dərinin müxtəlif patoloji vəziyyətlərinin
müalicəsi, həmçinin profilaktikası zamanı
kliniki
effektivliyi və yüksək təhlükəsizliyi olan mazlar, kremlər və s. istifadə etmək
lazımdır.